AZ

Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı – VİDEO

Ukraynanın “GSC Game World” studiyası Çernobıl AES-də baş vermiş fəlakətin ildönümündə “S.T.A.L.K.E.R 2: Heart of Chornobyl” adlı oyunun yeni seriyası üçün treyler dərc edib.

Video Ukrayna dilində səsləndirilib. Yeni treylerdə Rixter adlı personajlardan biri, Pripyatın ətrafı və məşhur dönmə çarxı nümayiş etdirilib.

İnterpress.az bildirir ki, “S.T.A.L.K.E.R. 2: Heart of Chornobyl” oyununun relizi sentyabrın 5-ə personal komyuterlər və “Xbox Series”də buraxılması planlaşdırılır.

Serialın əvvəlki hissələrində olduğu kimi, “S.T.A.L.K.E.R. 2: Heart of Chornobyl” filmində hadisələr Çernobıl AES-in təcrid zonasında baş verir, burada avantürist-stalkerlər fantastik artefaktlar axtarışı üçün girilər, lakin mutantlarla, anomaliyalar və digər təhlükələrlə qarşılaşırlar.

 

Seçilən
58
2
Mənbələr
Şərh ()
Bağla