AZ

İspaniya Ukraynaya “Patriot” raketləri və “Leopard” tankları göndərir

İspaniya Müdafiə Nazirliyi Ukraynaya “Patriot” raketləri, həmçinin zirehli texnika və “Leopard” tanklarının göndərilməsini təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə nazirliyin saytında dərc olunan xəbərdə deyilir.

İspaniyanın müdafiə naziri Marqarita Roblesin sözlərinə görə, “Patriot” raketləri dörd gün ərzində göndərilməlidir. Bəyanatda həmçinin bildirilir ki, yaxın iki ay ərzində ölkə Kiyevə əl pulemyotları və iri kalibrli pulemyotlar, maddi-texniki təchizat maşınları, zirehli transportyorlar, tank əleyhinə silahlar və səhra artilleriya haubitsaları göndərəcək.

Robles əlavə edib ki, yaxın bir neçə ayda 155 və 120 millimetrlik sursatların tədarükü də planlaşdırılır.

Seçilən
74
7
Mənbələr
Şərh ()
Bağla