AZ

Tramp Baydenə Nyu York məhkəməsində debat təklif edib

Tramp Baydenə Nyu York məhkəməsində debat təklif edib ABŞ-da keçirilməsi planlaşdırılar Prezident seçkilərində namizəd Donald Tramp hazırki lider Co Baydenə Nyu York məhkəməsində debat təklif edib.

Bizim.Media xəbər verir ki, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində siyasətçi istənilən vaxt və yerdə, o cümlədən cümə günü onun şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə dinləmələrin keçirildiyi məhkəmə binasında debatlara hazır olduğunu yazıb.

Eks-prezident həmçinin Baydenin Trampın debat çağırışına hazır olduğuna dair açıqlamasına şərhində qeyd edib ki, “hamı başa düşür ki, Bayden bunu ciddi deməyib.” Bundan əvvəl Bayden jurnalist Hovard Sternlə müsahibəsində gözlənilmədən Trampla debatda iştirak etməyə hazır olduğunu açıqlamışdı.

Bizim.Media

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla