AZ

Ermənistanda aksiyaçılara qumbara atdılar – Yaralılar var / VİDEO

Ermənistan hüquq-mühafizə orqanları sərhədin delimitasiyasına etiraz olaraq Kirants kəndində yolu bağlayan vətəndaşlara qarşı şok qumbarasından istifadə edib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, nəticədə bir neçə nəfər yüngül xəsarətlər alıb.

Bir neçə saat əvvəl yolun Əskiparadan Kirantsa qədər olan hissəsində vəziyyət gərginləşib.

Nümayişçilərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma olub.

Kirantsada etirazçılara bir neçə müqaviləli hərbçi də qoşulub.

Seçilən
10
1
Mənbələr
Şərh ()
Bağla