AZ

O, yeni "Ceyms Bond" olacaq? - FOTO

Beşinci “Ceyms Bond”dan sonra ikonik rolu kimin oynayacağı maraq mövzusu olaraq qalır. Daha əvvəl adı gündəmdə olan Aaron Taylor-Consona Bond rolu təklif edildiyi açıqlanıb. Britaniyalı aktyora “007” rolu təklif olunub. Lakin onun nə cavab verdiyi məlum deyil.

News24.az xəbər verir ki, aktyor rol aldığı The Fall Fuy filminin premyerasında iştirak edib.

Aktyora "Bond haqqında sual eşitməkdən bezmirsən?” deyə sual verilib. 

Aktyor Aaron Taylor-Conson isə “Bilmək istəyirəm ki, bəs siz bu sualı verməkdən bezmədiniz? " deyib, suala cavab vermədən ordan uzaqlaşıb.

Qeyd edək ki, sosial şəbəkələrdə artan söz-söhbətlər 33 yaşlı aktyorun bu rolu qəbul etdiyini təsdiqləsə də, hələlik rəsmi açıqlama verilməyib.

Günel Məlikzadə


Seçilən
67
Mənbələr
Şərh ()
Bağla