AZ

Taciklər Rusiya ilə sərhəddə qaldı

Yüzlərlə Tacikistan vətəndaşı Qazaxıstan və Rusiya sərhədindəki Sərqarçin keçid məntəqəsində ilişib qalıb.

KONKRET.az bu barədə “Asia-Plus” agentliyinə istinadən xəbər verir.

Tacikistan Xarici İşlər Nazirliyi Rusiya səfiri Semyon Qriqoryevlə vətəndaşlarının sərhədi keçməsində yaranan çətinlikləri müzakirə edib.

O, respublika vətəndaşlarının Rusiyaya daxil olmaqdan imtina etməsi halları ilə bağlı narahatlığını dilə gətirib.

Rusiya diplomatik missiyasının rəhbəri ilə görüş aprelin 26-da baş tutub.

“Asia-Plus” agentliyinin aprelin 25-də verdiyi məlumata görə, yüzlərlə Tacikistan vətəndaşı Qazaxıstanın Cənubi Ural vilayəti ilə Rusiyanın Orenburq vilayətinin sərhədindəki Sərqarçin keçid məntəqəsində ilişib qalıb. Bir neçə nəfər agentliyə video və audio göndərərək bildiriblər ki, aprelin 22-dən bəri Qazaxıstan-Rusiya sərhədində 180-ə yaxın Tacikistan dövlət nömrə nişanlı avtomobil toplanıb və Rusiya sərhədçiləri onları ölkəyə buraxmırlar.

Burhan,

KONKRET.az

Seçilən
121
6
Mənbələr
Şərh ()
Bağla