AZ

İsrail HƏMAS-la əməkdaşlıq edən komandiri məhv etdi

İsrail hərbçiləri Livanda həyata keçirdiyi hava hücumu nəticəsində sünni qruplaşması "Əl-Cəmaə əl-İslamiyyə"nin komandirlərindən birini öldürüb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu təşkilat son vaxtlar Livan ərazisindən İsrailə qarşı Har Dov dağının ərazisində və İsrailin şimalındakı bir sıra digər ərazilərdə çoxlu sayda terror aktları planlaşdırıb və təşkil edib.

Ordunun məlumatına görə, zərbə İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə tərəfindən Meydun kəndi ərazisində endirilib. Məhv edilmiş komandir Musab Xələf, İsrail ordusuna görə, İsrailə qarşı terror hücumlarını əlaqələndirmək və həyata keçirməklə məşğul olan radikal Fələstin HƏMAS hərəkatının Livan qanadı ilə əməkdaşlıq edib.

“Xələfin məhvi bu terror təşkilatının şimal sərhəd bölgəsində İsrail dövlətinə qarşı planlaşdırılmış hücumlar həyata keçirmək imkanını pozmaq məqsədi ilə həyata keçirilib”, - deyə məlumatda bildirilir.

T.İSMAYIL

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla