AZ

Qarabağdan Ermənistana gedən sülhməramlılar Ukraynaya GÖNDƏRİLİR

Qarabağdan Rusiyanın Ermənistandakı bazasına yerləşdirilən sülhməramlılar Ukraynaya göndərilir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyada yaradılmış “Müharibəyə yox!” layihəsi “döyüşmək istəməyən” hərbçilər arasından iki mənbəyə istinadən yazıb.

Bildirir ki, Rusiya sülhməramlıları Ukraynaya döyüşməyə göndərilir.

“Qarabağda sülhməramlı missiyanı yerinə yetirmiş Gümrüdəki 102-ci hərbi bazanın hərbi qulluqçularının Moskva və Rostov-na-Donu vasitəsilə cəbhəyə (Avdeyevskoye istiqaməti) göndərilməsi planlaşdırılır. Müharibədə iştirakdan imtina etməyə cəhd edənləri həbslə hədələyirlər”, – deyə layihə yazır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla