AZ

Rusların Kiyevin iki xəstəxanasını vurmaq xəbəri yayıldı: xəstəxanalar boşaldılır

Kiyevdə iki xəstəxana rus işğalçılarının hücumu ehtimalına görə boşaldılır.

Editor.az bildirir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının Teleqram kanalında məlumat verilib. Məlumata görə, şəhər rəhbərliyi təcili olaraq küçədə yerləşən biri uşaq xəstəxanası olmaqla iki xəstəxananın boşaldılmasına başlayır. Çünki internet mediasında düşmənin bu tibb müəssisələrinə hücumu elan olunub və bu xəstəxanalarda hərbçilərin olduğu barədə video yayılır”, – Kiyev Şəhər Dövlət Administrasiyası izah edir.

Qeyd olunur ki, bu, “bu, paytaxtın sosial infrastrukturuna hücum etmək üçün düşmənin istifadə etməyə çalışdığı yalan və təxribatıdır”. “Xəstə uşaqları, onların valideynlərini və tibb işçilərini qorumaq üçün paytaxt rəhbərliyi hazırda xəstələrin və həkimlərin paytaxtın digər tibb müəssisələrinə daşınması üçün əlindən gələni edir”, – məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, şəhər kömək üçün Ukrayna Təhlükəsizlik Xidmətinə və Səhiyyə Nazirliyinə müraciət edib və xəstələrin və xəstəxana işçilərinin həyat və sağlamlığının qorunması üçün gördüyü tədbirlər barədə məlumat verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla