AZ

Bayden özünü öldürmək istəyirmiş - Özü AÇIQLADI

1972-ci ildə birinci həyat yoldaşı və qızının avtomobil qəzasında ölümündən sonra intihar etmək fikrinə düşdüyünü etiraf edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden jurnalistə müsahibəsi zamanı qeyd edib.

“Mən həqiqətən düşündüm ki, intihar etmək üçün dəli olmaq lazım deyil. Bir anlıq düşündüm, amma iki övladım var idi”, - Amerika lideri bildirib.

Qeyd edək ki, Baydenin birinci arvadı Neiliya və qızı Naomi 1972-ci ilin dekabrında avtomobil qəzasında ölüb. Qəza nəticəsində Baydenin iki oğlu Hunter və Beau yaralanıb.

Yusif EYVAZLI

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla