AZ

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Tavuş və Qazax arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentin Müdafiə Komissiyasının sədri Armen Xaçatryan bildirib.

“Texniki baxımdan tamamlama o deməkdir ki, Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissə Almatı bəyannaməsinə uyğun olaraq müəyyən edilib və təsdiq edilib. Yəni, bu sütunlar Sovet Ermənistanı ilə Sovet Azərbaycanı sərhədindəki keçid məntəqələrində quraşdırılıb”, - Xaçatryan vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb.

Seçilən
55
2
Mənbələr
Şərh ()
Bağla