AZ

Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb

Bakı. Trend:

Monteneqro Respublikasında rəsmi səfərdə olan Milli Məclisinsədri Sahibə Qafarova bu ölkənin Baş nazirinin müavini Aleksa Becicilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimizarasında əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsiaparılıb.

Bildirilib ki, Azərbaycan və Monteneqro arasında bir sırasahələrdə əməkdaşlıq üzrə qeydə alınan inkişaf göstəriciləri digərsahələrdə də əlaqələrin daha da genişləndirilməsinə imkanverir.

Baş nazirin müavini ölkələrimiz arasında əlaqələrin stratejitərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, Monteneqronun buəlaqələrə böyük önəm verdiyini söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova Aleksa Becic ilə bundanöncəki görüşünü xatırladaraq, qanunverici orqanlarımız arasındaəməkdaşlığın da Azərbaycan və Monteneqro arasında münasibətlərətöhfə verdiyini söyləyib.

Görüşdə spiker Sahibə Qafarova Baş nazirin müavininə regiondamövcud olan vəziyyət, ölkəmizin sülh təşəbbüsləri, AzərbaycanınQarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi böyük tikinti vəquruculuq işləri, nəhəng layihələr barədə də geniş məlumatverib.

Söhbət zamanı iqtisadi əlaqələrin ölkələrimiz arasındaikitərəfli münasibətlərin əsas komponentlərindən birini təşkiletdiyi vurğulanıb. Azərbaycanın Avropanın enerji təchizatınınşaxələndirilməsində mühüm tərəfdaş kimi rolunu nəzərə alaraq,ölkələrimizin bu sahədə əməkdaşlığı genişləndirmək üçün mövcud olanpotensialı, həmçinin turizm sektorunda nəzərə çarpan davamlı artımmeylləri, Azərbaycanın müasir nəqliyyat infrastrukturuna maliktranzit ölkə kimi mühüm rolu, bu sahədə əməkdaşlıq imkanları qeydolunub. Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrindəəlaqələrin daha da inkişaf etdirilməsinin ölkələrimiz arasındamünasibətlərin möhkəmlənməsinə, insanlar arasında təmaslarındərinləşməsinə töhfə verəcəyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirmübadiləsi aparılıb.

Seçilən
123
14
Mənbələr
Şərh ()
Bağla