AZ

Zərifə Əliyeva bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısını aldı – Akademik haqqında XATİRƏLƏRVİDEO

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunan  tədbir keçirilib.

Xezerxeber.az xəbər verir ki, rayon rəhbərliyi, alimlər və ziyalıların iştirak etdiyi tədbirdə Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə  ilk olaraq Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev çıxış etdi. O, Akademik  Zərifə Əliyevanın tibb elminə verdiyi böyük töhfələrdən, oftalmologiyaya gətirdiyi yeniliklərdən danışaraq, onu dövrünün ən sayılan, seçilən həkimlərindən olduğunu vurğuladı.Qeyd olundu ki,  Zərifə Əliyevanın tədqiqatları nəticəsində traxoma xəstəliyinin müalicəsində yeni bir üsul meydana gəlib, bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısı alınıb.

Tədbirdə Milli Məclisin vitse-spikeri Adil Əliyev və professor ,oftolmoloq Paşa Qəlbinur da çıxış etdilər.

Bildirildi ki, Zərifə Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Paşa Qəlbinur özünün bir insan və bir həkim kimi yetişməsində akademikin əvəzolunmaz rolundan danışıb.

Tədbir bədii hissə ilə davam edib.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla