AZ

Rusiya ABŞ və NATO-ya onun təhlükəsizliyinə zərər vurmamaq barədə xəbərdarlıq edib – Diplomat

Qərbin nüvə gücləri arasında birbaşa hərbi qarşıdurma ilə dolu olan destruktiv siyasəti nəticəsində nüvə risklərinin səviyyəsi kəskin şəkildə artıb.

Herbiand.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Diplomat bildirib ki, Rusiya ABŞ və NATO-ya onun təhlükəsizliyinə xələl gətirən hər hansı addım atmamaq barədə xəbərdarlıq edib.

"Bundan başqa, Rusiya öz doktrinalarını mütəmadi olaraq nəzərdən keçirir. Onların mövcud təhlükələrə uyğunluğunu qiymətləndirir", - deyə Zaxarova əlavə edib.

Elnurə İSAXAN

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla