AZ

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.

 

Sfera.az bildirir ki, ümumilikdə Madonnanın ​​altı övladı var. Sənətçi onlardan dördünü Afrika ölkəsindən övladlığa götürüb. Bir vaxtlar Madonna 18 yaşlı Devid Banda, 18 yaşlı Mersi Ceymsi və Namibiyadan olan 16 yaşlı əkiz qızları Stella və Esteri övladlığa götürmüşdü. Müğənninin övladları bir sıra konsertlərdə onu müşayiət edib, hətta birlikdə səhnədə çıxış ediblər.

 

Ən təsir edici görüntülərdən biri Madonnanın uşaqlarını birlikdə qucaqlaşmaq üçün səhnə arxasına yığması olub. 

 

"80-ci Yubiley Turumuza bir gün qalmış, məni bu səyahətdə müşaiyət edən, hər biri öz istedadını səhnəyə gətirən inanılmaz istedadlı övladlarımı sizə təqdim etmək istəyirəm" - deyə çoxuşaqlı ana Madonna yazıb .

 

Madonna 2023-cü ilin iyununda bakterial infeksiyaya yoluxduqdan və reanimasiyaya yerləşdirildikdən sonra məşqlərə təxminən 2 aylıq gecikmə ilə başlayıb.

 

"Ölüm ərəfəsində sağalarkən… onlar heç vaxt məşqdən, məni alqışlamaqdan və məni dəstəkləməkdən əl çəkmədilər" - Madonna etiraf edib.

 

Müğənni əlavə edib: 

 

"Düşünürəm ki, uşaqlarımın bu il məşqlər və çıxışlar zamanı ən çox öyrəndiyi şey odur ki, əgər arzularının ardınca getmək istəyirsənsə, üzərində çox çalışmalısan”.

 

Qeyd edək ki, övladlığa götürülmüş dörd uşağından başqa, məşhurun ​​iki bioloji övladı da var: fitness məşqçisi Karlos Leondan qızı Lourdes Leon və rejissor Qay Riçidən oğlu Rokko Riçi.

 

Aysel

Sfera.az

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla