AZ

Bayden Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirdi

ABŞ Prezidenti Co Bayden siyasi rəqibi, keçmiş Amerika lideri Donald Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirib.

Bunu Bayden amerikalı radio aparıcısı Hovard Sternlə müsahibəsində deyib.

Qeyd edək ki, aprelin 23-də Tramp “Action News”a verdiyi müsahibədə yaxın gələcəkdə Baydenlə debat keçirməyə hazır olduğunu bildirib. Bundan əvvəl Amerikanın aparıcı televiziya şirkətləri və televiziya kanalları, o cümlədən ABC, CBS, CNN, NBC və Fox News, Bayden və Trampı noyabrın 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində teledebatlarda iştirak etməyə çağırıb.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla