AZ

Bakı- Sumqayıt şossesində avtobusların arxasında “gizlənən” sürücülərVİDEO

Avtobusların hərəkəti üçün ayrılmış xüsusi zolaqda  minik avtomobilləri də hərəkət edir .

Xezerxeber.az xəbər verir ki, bəzi sürücülər yolun kamera nəzarəti olmayan hissələrindən yola daxil olaraq növbəti kameralı hissəyə qədər bu zolaqla gedir.

Adətən səhər və axşam pik saatlarda bu hal yaşandığından avtobusların vaxtında öz məntəqəsinə çatmasına maneə yaranır.

Məsələ ilə bağlı Baş DYP İdarəsinin inspektoru Elvin Hacıyev bildirdi ki, qeyd olunmuş yol istiqamətində kameralardan gizlənərək  xüsusi zolaqlara daxil olan sürücülər ərazidə xidmət aparan polislər tərəfindən müəyyən olunur .

Elvin Hacıyev bir daha avtobus zolaqlarına daxil olan sürücülərə xəbərdarlıq edib. DYP rəsmisinin sözlərinə görə, nəinki Bakı Sumqayıt şossesində olan avtobus zolağı, bütün paytaxt ərazisində yollar nəzarət altındadır.

Qeyd edək ki, avtobuslar üçün nəzərdə tutulan zolağa daxil olan digər nəqliyyat vasitələrinin sürücülərini 40 manat məbləğində cərimə gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
87
1
Mənbələr
Şərh ()
Bağla