AZ

Rusiya və Çin müdafiə nazirləri nəyi müzakirə ediblər?

Rusiya-Çin hərbi əməkdaşlığı hər iki ölkənin müdafiə qabiliyyətinin artırılması üçün mühüm elementdir.

Sfera.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.


“Biz ən yüksək səviyyədə əldə olunmuş bütün razılaşmaları həyata keçirmək əzmindəyik”, - deyən Şoyqu iki ölkənin “müasir dünya düzəninin fundamental məsələləri ilə müasir beynəlxalq problemlərə yanaşmalarının üst-üstə düşdüyünü və ya yaxın olduğunu qeyd edib.
 

Şoyqu onu da əlavə edib ki, Rusiya ilə Çin arasında dostluq münasibətləri “görünməmiş səviyyədədir”.
 

Rusiyalı nazir həmçinin vurğulayıb ki, “dünyada hərbi-siyasi vəziyyət sakitləşmir”.

İnci
Sfera.az

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla