AZ

Ekologiyaya ən çox zərər vuran avtomobillər…

Bütün dünya ölkələrində  müzakirə olunan mövzulardam biri ekologiyanın çirklənməsi ilə bağlıdır. 

Ətraf mühitin çirklənməsinin bir səbəbi  zavodlardan atılan tüstülər, zərərli maddələrdirsə digər bir səbəbi   avtomobillərdən həddindən artıq  istifadə olunmasıdır. Bəs ekologiyanın  çirklənməsinə səbəb olanlar hansı avtomabillərdir? 

Nəqliyyat üzrə ekspert Arzu Kürsüm Babazadə "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, ekologiyaya ən çox zərər vuran benzinlə işləyən avtomobillər və elektron mobillərdir: "Hər kəs  elə başa düşür ki elektromobillər ekologiya üçün daha yaxşıdır. Lakin  bunun tam əks prosesi baş verir. Onlara enerji yığmaq üçün istehsal olunan elektrik ekologiyaya daha çox zərər verir".

Ekspert bildirir ki, ekologiyaya zərər vuran avtomobillərinin azaldılması üçün ictimai nəqliyyat, metro fəaliyyəti daha çox artırılmalıdır: "Bundan əlavə motosiklet, velosiped kimi nəqliyyat növləri də təkmilləşdirilməlidir ki, insanlar avtomobillərdən az istifadə etsinlər. İctimai  nəqliyyatda sıxlıq olur, interval pozulur və vətəndaşlar ünvana lazımi anda rahatlıqla çata bilmirlər deyə məcburən avtomabillərə üz tutmalı  olurlar. Belə məcburi sürücülər artıqca tıxacların da sayı artır".

Arzu Kürsüm Babazadə son olaraq qeyd edir ki,  ən önəmli məsələlərdən biri də,  sürücülərə haqsızlıq olunmadan velosiped zolaqlarının çoxaldılmasıdır.

Havar Şəfiyeva  

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla