AZ

ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb

"İsrail əleyhinə nümayişlərdə ölkənin 30-dan artıq ali təhsil müəssisələri iştirak edir..."
 
"Biz Qərb cəmiyyətində antisemitizmin baş qaldırdığını görürük, bu, ötən əsrin 30-cu illərini xatırladır..."
 
ABŞ-da İsrailin HƏMAS-la müharibəsinə qarşı tələbə etirazları səngimək bilmir. Üstəlik, fələstinyönlü çıxışlara getdikcə yeni tədris müəssisələri qoşulur.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Məlumatda deyilir ki, tələbələr kampusların ərazisində çadır düşərgələri yaradaraq öz müəssisələrindən İsraillə istənilən əlaqələri kəsməyi tələb edir.
 
Bəzi ali məktəb administrasiyaları polisin köməyindən istifadə edir ki, bu da iğtişaşlara və həbslərə gətirib çıxarır.
 
Xatırladaq ki, etirazlar ötən həftə Kolumbiya Universitetindən başlayıb, daha sonra onlarla antisemit ovqatlı tələbələr Amerikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Yel Univesitetinin mərkəzi çəmənliyində çadır düşərgəsi salıb.
 
Etirazların yeni dalğasına səbəb ABŞ prezidenti Co Baydenin İsrailə 26 milyard dollar məbləğində hərbi-maliyyə yardımı barədə qanun layihəsini imzalaması olub. 
 
Onlardan 9 milyardı Qəzza bölgəsi üçün nəzərdə tutulub. Hazırda İsrail əleyhinə nümayişlərdə ölkənin 30-dan artıq ali təhsil müəssisələri iştirak edir.
 
İsrail baş naziri Binyamin Netanyahu ABŞ-da baş verənləri ötən əsrin 30-cu illərində yəhudilərin təqib edilməsi ilə müqayisə edib.
 
"Biz Qərb cəmiyyətində antisemitizmin baş qaldırdığını görürük. İsrail soyqırım törədən və mülki şəxslər arxasında gizlənən terrorçulardan müdafiə olunmağa cəhd edərkən bizi əsassız olaraq aclıq, soyqırım və hərbi cinayətlər törətməkdə ittiham edirlər.
 
Bizə böyük damğa vurulur, bu da yenilik deyil.  Tarix göstərir ki, yəhudilərə edilən bütün hücumlardan öncə yalan və böhtanlar edilib. Yəhudilərə qarşı yalan inanılmaz olub, amma çoxları buna inanıb", - Neyanyahu xatırladıb.
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla