AZ

Super Liqa təmsilçisi millimizin müdafiəçisinə ELÇİ DÜŞDÜ

“Tuzlaspor”un müdafiəçisi Bəxtiyar Həsənalizadə yeni mövsümə başqa komandada başlaya bilər.

Super Liqa təmsilçisi “Pendikspor” onun xidmətində maraqlıdır.

Amma milli komandamızın müdafiəçisi qərar verməkdə tələsmir.

Çünki onu heyətində görmək istəyən klublar arasında Azərbaycan Premyer Liqa iştirakçıları da var.

Bundan başqa, futbolçunun bu mövsüm çıxışından razı qalan “Tuzlaspor” klubu da 31 yaşlı arxa xətt oyunçusu ilə yollarını davam etdirmək istəyindədir.

“Sumqayıt”ın yetirməsi daha əvvəl “Zirə” və “Sabah” klublarının şərəfini qoruyub.

O, ötən yay ilk dəfə legioner həyatı yaşamaq üçün qardaş ölkəyə yollanıb.

Həmyerlimiz “Tuzlaspor” formasında meydana çıxdığı 19 matçda 1 qol, 1 assistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla