AZ

Klopp: “Ağ bayraq qaldırmaq fikrim yoxdur”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “qırmızılar”ın son uğursuz nəticələrindən sonra təslim olmaq fikrində olmadığını bildirib.

Arena.az məşhur jurnalist Ceyms Pirsə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən təslim olmaq və ağ bayrağı qaldırmaq əhvalında deyiləm”, deyə Klopp mübariz ruda olduğunu başa düşməyə əsas verib.

Xatırladaq ki, mart ayının ortalarından “Liverpul” uğursuzluqlar zolağına düşüb. “Qırmızılar” əvvəlcə İngiltərə Kubokunda bir baş üstün olduqları “Mançester Yunayted”ə 3:4 hesabı ilə məğlub olaraq, mübarizəyə xitam veriblər. Ardınca Avropa Liqasında “Atalanta” ilə ev oyununda 0:3 hesablı məğlubiyyət bu cütün taleyini həll edib. Səfərdəki 1:0 hesablı qələbə “Liverpul” üçün Avropa Liqasında mübarizəni davam etdirmək üçün kifayət etməyib. Nəhayət İngiltərə Premyer Liqasında Liverpul derbisi çərçivəsində “Everton”a 0:2 hesablı gözlənilməz səfər məğlubiyyəti “Liverpul”un cari mövsüm Premyer Liqa çempionluğu uğrunda mübarizəsinə kölgə salıb.

Mersisaydlıların Premyer Liqa çərçivəsində hələ dörd oyunu var – “Vest Hem”, “Tottenhem”, “Aston Villa” və “Vulverhempton”la.

İngiltərə Premyer Liqasının liderlər üçlüyü hazırda belə sıralanıb:

34 oyundan 77 xal toplamış “Arsenal” şərti liderdir. “Mançester Siti” isə 33 oyundan 76 xalla şərti olaraq 2-ci pillədə qərarlaşıb və Premyer Liqanın mümkün lideridir. 34 oyundan 74 xal toplamış “Liverpul” yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Son turlarda İngiltərə Premyer Liqasının çempionluğu uğrunda mübarizə bu üç kollektiv arasında gedəcək.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla