AZ

Növbədə gözləyə bilməyən sürücü qaydaları belə pozdu - VİDEO

Bakıda sürücü qaydaları pozaraq qıcıq yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə martın 7-də, paytaxtın Babək prospektində baş verib. Belə ki, 90-SL-083 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq geriyə dönmə yerinə daxil olub. Sürücülərin ona yol vermədiyini görən zaman sürəti artıraraq qarşı tərəfdən manevri həyata keçirib. Geriyə dönməni başa çatdıran zaman əks tərəfdəki bütöv xəttin tələbini də pozaraq təhlükə saçıb.

 

Fərid

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla