AZ

Çin Ukrayna böhranında NATO-nu günahlandırır

NATO Ukraynadakı böhrana görə məsuliyyət daşıyır.

HİT.az xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.

Belə ki, diplomat NATO-nun baş katibi Yens Stoltenberqin Çin Qərb ölkələri ilə yaxşı münasibətlərə ümid etmək istəyirsə, Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmalı olduğu barədə sözlərini şərh edib.

Vanq Venbinin fikrincə, Ukrayna böhranına Avropanın regional təhlükəsizlik sahəsində uzun müddət ərzində yığılmış ziddiyyətlər səbəb olub.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, bütün tərəflərin təhlükəsizlik narahatlıqlarını nəzərə almaq, dialoq və danışıqlar yolu ilə balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik strukturu yaratmaq lazımdır - bu, problemin həllinə kömək edəcək.

Həmçinin bu həftə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culiann Smit bildirib ki, Çin Rusiyanı maliyyə cəhətdən dəstəklədiyi üçün Ukraynadakı münaqişə ilə bağlı vəziyyətdə neytral mövqe iddia edə bilməz.

Samir

Seçilən
49
50
Mənbələr
Şərh ()
Bağla