AZ

"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi

"Suriyada Rusiyanın aviasiya zərbələri nəticəsində mülki şəxslər, təcili xidmət əməkdaşları və humanitar işçilər həlak olub..."
 
"Ukraynada döyüş əməlyyatları zamanı Rusiya qoşunları tərəfindən beynəlxalq humanitar hüququn pozulması cəzasız qalmamalıdır və buna son qoyulmalıdır..."
 
Rusiya "Suriya taktikası"ndan istifadə edərək bütün Ukrayna böyunca 90-dan artıq tibb işçisi, polis və yanğınsöndürəni öldürüb və təxminən 350 mülki şəxsi yaralayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə ATƏT yanında ABŞ missiyasının müvəqqəti işlər vəkili Timoti Qanvey ATƏT Daimi Şurasının iclasında deyib. Məlumatı "comments.ua" nəşri yayıb.
 
Məlumatda deyilir ki, Rusiya qoşunları Ukraynada özlərinin Suriyadakı taktikasını təkrarlayaraq mülki əhaliyə aviasiya və raket zərbələri endirir.
 
"Mən diqqəti rusiyalı hərbçilərin Ukraynada mülki əhaliyə, o cümlədən ilk zərbə qurbanlarına köməyə gələn tibb işçiləri və mülki şəxslərə təkrar zərbələr vurması barədə ehtimal edilən məlumatlara yönəltmək istərdim.
 
Rusiya hökuməti Suriyada davrandığı kimi hərəkət edir, orada onlarla belə aviasiya zərbələri nəticəsində mülki şəxslər, təcili xidmət əməkdaşları və humanitar işçilər həlak olub", - o, deyib.
 
Diplomatın sözlərinə görə, ATƏT-in Moskva Mexanizminin 2022-ci ildəki hesabatında ekspertlər "döyüş əməliyyatlarının aparılması zamanı Rusiya qoşunları tərəfindən beynəlxalq humanitar hüququn pozulmasının dəqiq sübutlarını" qeyd edib. 
 
Ayrıca olaraq mülki əhaliyə təkrar hücumlar, o cümlədən 2022-ci il martın 1-də Xarkov Vilayət Dövlət Administrasiyası qarşısındakı Azadlıq meydanında "Kalibr" raketindən endirilən zərbə nəzərdən keçirilib.
 
"Xilasedicilər gələndən 5-7 dəqiqə sonta analoji raketlə ikinci zərbə endirilib və o, binaya düşüb. Bu o deməkdir ki, xilasedicilər və yaralılar ilk hücum nəticəsində qəsdən hədəf seçilib",  Qanvey izah edib.
 
O, əlavə edib ki, o zamandan təcavüzlar ölkənin bu taktikadan istifadə edərək bütün Ukrayna boyunca 90-dan artıq tibb işçisi, polis və yanğınsöndürəni öldürdüyü və təxminən 350 mülki şəxsi yaraladığının sübutları üzə çıxıb.
 
"Rusiyanın getdikcə bu tip hücumlardan daha çox istifadə etməsi narahatlıq doğurur. BMT-nin humanitar işlərin əlaqələndirilməsi üzrə İdarəsi bəyan edib ki, son həftələr ərzində belə zərbələrin "xüsusilə həyəcanlı mənzərəsi" müşahidə edilir.
 
Təkcə mart və aprel aylarında Rusiyanın ilk olaraq fövqəladə vəziyyətlərə reaksiya verənlərə qarşı təkrar hücumları nəticəsində Odessa, Xarkov və Zaporojyedə təxminən 30 xilasedici həlak olub, 20-dən artıq xilasedci yaralanıb", - diplomat qəzəbini ifadə edib.
 
Qanvey vurğulayıb ki, işğalçılar tərəfindən beynəlxalq humanitar hüququn pozulması cəzasız qalmamalıdır, Rusiyanın Ukraynanın mülki əhalisinə qarşı bu kampaniyaya son qoyulmalıdır.
 
Rusiyanın təkrar zərbələri
 
Fövqəladə Vəziyyətlər Dövlət Xidməti (FVDX) bu yaxınlarda bəyan edib ki, rusiyalı qəsbkarlar artıq xilasedicilər bölmələrinin işlədiyi obyektlərə təktar zərbələrin intensivliyini artırıb.
 
Tammiqyaslı hərbi müdaxilə başlanandan təkrar zərbələr nəticəsində xidməti vəzifələrinin icrası zamanı FVDX-nın 91 əməkdaşı həlak olub, daha 351 nəfəri yaralanıb. Buraya həm də pirotexniki bölmələr də daxildir.
 
Bununla birlikdə, o, məlumat verib ki, son zamanlar işğalçılar o cümlədən Sumı, Xarkov və Donetsk vilayətində yanğın-xilasedici bölmələrini də atəşlərə məruz qoyur.
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla