AZ

İnfarktın əsas simptomları nələrdir? - ARAŞDIRMA

Son illərdə infarkt yaşının getdikcə azaldığı müşahidə olunur.

Əfsuslar olsun ki, bir çox şəxs infarkt zamanı dünyasını dəyişir. Ümumiyyətlə, ürəyə kifayət qədər oksigen getməyəndə infarkt baş verir. Bunun simptomları isə insandan insana dəyişə bilər. Cins, yaş və digər amillər buna təsir edir. Hər kəsdə fərqli simptomlar da ola bilir. Ona görə də bunu hiss etdikdə həkimə müraciət etməyiniz tövsiyə olunur.

Bəs infarktın simptomları nələrdir?

Hit.az sözügedən simptomları təqdim edir:

1. Sinə ağrısı:
Bu, özünü tez-tez sinə bölgəsində sıx təzyiq, sıxma və ya ağrı hissi ilə göstərə bilər. Ağrı adətən döş qəfəsinin mərkəzində və ya sol tərəfində hiss olunur. Bəzi insanlarda isə bu ağrı boyun, qol, çənə və ya qarın nahiyəsinə yayıla bilər.

2. Nəfəs darlığı:
Birdən nəfəs almaqda çətinlik çəkə və ya normaldan daha sürətli nəfəs alma hissi keçirə bilərsiniz.

3. Tərləmə:
Soyuq tərləmə, artan tərləmə və ya anormal tərləmə də simptomlardandır.

4. Qusma və qarın ağrısı:
Mədənin bulanması, qusma və ya qarında narahatlıq da yarana bilər.

5. Başgicəllənmə və ya baş ağrısı:
Həmçinin, ani başgicəllənməsi və ya baş ağrısı kimi simptomlar da özünü göstərir. 

6. Yorğunluq:
Nə qədər qəribə görünsə də ani və şiddətli yorğunluq hissi ola bilər.

7. Narahatlıq:
Narahatlıq, təlaş və anidən həyəcanlama kimi simptomları da nümunə göstərmək mümkündür. 

8. Ürək ritmində dəyişikliklər:
Bundan başqa, ürək ritmində anormal dəyişikliklər, döyüntülərin sürətlənməsi və ya yavaşlaması baş verə bilər.

Pərviz

Seçilən
77
50
Mənbələr
Şərh ()
Bağla