AZ

İsveçrə parlamenti də Kiyevə YARDIM AYIRDI - 5,5 milyard dollar

İsveçrə parlamentinin Siyasət və Təhlükəsizlik Komitəsi Ukraynaya 5 milyard İsveçrə frankı (5,5 milyard ABŞ dolları) yardımı dəstəkləyib.

Bizim.Media xəbər verir ki, bu barədə parlamentin saytında məlumat verilib.

Məlumaya görə, yardım Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə tədbirlər paketi çərçivəsində göndəriləcək. Bunun üçün isə xüsusi qanunla tənzimlənən və rəsmi Kiyevin maliyyə ehtiyaclarının ödəniləcəyi fond yaradılacaq.

Qeyd edilib ki, vəsaitin bir qismi də Ukraynanın mülki infrastrukturunun bərpasına xərclənəcək.

Bizim.Media

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla