AZ

Bədən dismorfik pozuntular nədir? – Həkim psixiatr Zaur Qasımov

Bədən dismorfik pozuntular nədir?

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov bu sual ətrafında fikirlərini bölüşüb.

Bir çox şəxslərdə öz bədən üzvlərinin, xüsusilə sifət nahiyəsində dodaqlarının, burunlarının və ya yanaqlarının, qaşlarının gözəl olmadığını daha da onu çirkinləşdirdiyi haqqında düşünürlər. Və bu düşüncələr həmən insanlara çox sıxıntı verir, narahatçılıqlar yaradır.

Gərəksiz yerə xüsusilə plastik cərrahlara, digər həkim mütəxəssislərə müraciət edirlər. Təkrar estetik əməliyyat olunduqda belə eybəcər olduqlarını, çirkin olduqlarını düşünürlər.

Bu narahatçılıqları, düçüncələri, depressiyaları bir araya gətirsək Dismorfik pozuntu kimi qiymətləndirmək olar.

Bu tip insanları estetik cərrahlara yox psixiatrlara yönləndirmək daha düzgün hesab olunur.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla