AZ

Ötən həftənin sitatları

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" ötən həftənin maraqlı sitatlarını təqdim edir:

Canni İnfantino, FİFA-nın prezidenti:
“2030-cu ilə təyin olunan dünya çempionatı xüsusi, unikal olacaq (6 ildən sonrakı turnir dünyanın 3 qitəsində - Avropa, Afrika və Cənubi Amerikada və 6 ölkədə - İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Uruqvay və Paraqvayda təşkil ediləcək – R.Y.). Həmin turnir ilk mundialın 100 illiyinə həsr olunacaq və dünyanı birləşdirən yarış xarakteri daşıyacaq. Bir müddət əvvəl DÇ-2030 haqda danışmağa başlayarkən xüsusi bir turnir planı hazırlamalı olduğumuz qənaətinə gəlmişdim. Bu turnir bizə futbolun tarixini xatırlatmalıdı”.


Simone İnzaqi, “İnter”in baş məşqçisi:
“İnter”də xoşbəxtəm. Mövsümün sonunda rəhbərlik ilə müqaviləmi müzakirə edəcəyik. Əminəm ki, əməkdaşlığın davam etdirilməsi ilə bağlı danışıqlar zamanı heç bir problemimiz olmayacaq”.


Xuan Laporta, “Barselona”nın prezidenti (Çempionlar Liqasının PSJ ilə cavab oyunu ərəfəsində azarkeşlərə müraciəti):
“Biz komandaya dəstək olmalıyıq. Bu oyunçular hər şeyin ən yaxşısına layiqdilər. Onlara inanırıq. Futbolçularımız tarix yazmağa doğru gedirlər. Onlar məsuliyyəti dərk edir və çox inamlıdılar. Biz isə “Barselona”nın azarkeşləri kimi onlara kömək etməliyik. Parisdə gözəl oyun keçirdik. Mən istəyirəm ki, bu gün stadionumuzda rəqibi təzyiq altında saxlayasınız və komandamız yarımfinala yüksəlsin. Xavinin qurduğu bu komanda keçən il tarixi çempionluq qazandı, bizi çox sevindirdi. İndi “Barselona” Çempionlar Liqasının 1/4 finalındadı. Komandamız öz istedadını, gücünü ortaya qoysa, yarımfinala çıxacağıq”.


Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi:
“Real”a çox hörmət edirik, amma bu rəqibdən qorxmuruq. Onlar qalib gəlsələr, təbrik edib gələcək üçün də uğurlar arzulayacağıq. Həlledici matça hazır olmalıyıq. Oyun başlayana qədər kimin və necə oynayacağını bilə bilmərik. İlk oyundakından (Madriddə keçirilən ilk matç 3:3 hesabı ilə nəticələnib – R.Y.) daha yaxşı nəticə qazanmalı olacağıq. Həmin oyunda “Real” hər şeyi yaxşı bacardı. İndi isə vəziyyəti düzəltmək lazımdı”.


Erik Dayer, “Bavariya”nın müdafiəçisi:
“Onları nokaut etmək gözəl idi. Hər iki görüşdə ustalıq və böyük birlik nümayiş etdirdik. Düşünürəm ki, “Arsenal”ı zərərsizləşdirmək üçün oyunumuzu əla qurmuşduq”.


Cud Bellingem, “Real”ın yarımmüdafiəçisi:
“Borussiya”da oynayanda bir çox klublarla danışdım, ailəmlə məsləhətləşdim. Çünki seçim etmək çətin idi. Ancaq “Real”dan mənə zəng gələndə iki dəfə düşünmədim. Elə ona görə də indi burdayam”.


Kazemiro, “Mançester Yunayted”in yarımmüdafiəçisi:
“Mən yalnız bir dəfə “Yunayted”ə keçməyimə şübhə etmişəm. Yadımdadı, cümə günü günorta idi və bu klubla yalnız müqavilə imzalamağım qalmışdı. Ançelotti ilə danışmağa getdim. Otağına girib ona tərəf dönəndə məşqçinin ağladığını gördüm. Mənə “Kase, niyə ağladığımı bilmirəm, amma səni çox sevirəm və getməyini istəmirəm” dedi (2013-cü ildən “Real”da çıxış edən Kazemiro MY-yə 2022-ci ildə keçib – R.Y.). O otaqda baş məşqçimin məni nə qədər çox sevdiyini anladım, amma artıq qərarımı vermişdim və mənim sözüm hər şeydən önəmlidi”.


Jerom Roten, Fransa yığmasının sabiq yarımmüdafiəçisi:
“O, penalti seriyası zamanı özünü çox pis apardı (“Aston Villa”nın qapıçısı Emiliano Martines Konfrans Liqasının 1/4 finalının “Lill” ilə cavab oyunundan sonrakı seriya zamanı fransalı azarkeşlərə qarşı təxribat xarakterli hərəkətlər etdiyi üçün sarı vərəqə alıb – R.Y.). O, sataşqan xarakterli olub və bundan sonra da dəyişməyəcək. Və o, fransızlara nifrət edir. Bizə qarşı belə münasibətini qəbul edirik, amma gərək bunu etiraf etsin!”


Villi Sanyol, Gürcüstan yığmasının baş məşqçisi:
“Gürcüstan yığmasının Avropa çempionatına vəsiqə qazanması yalnız futbolla bağlı hadisə deyil. Bu, ölkə üçün mövcud olduğunu göstərmək imkanıdı. Gürcüstan böyük ölkə deyil. Bu səbəbdən seçmə turnirdə qazanılan uğurun böyük əhəmiyyəti olacaq. Çünki avropalılar Gürcüstan haqqında daha çox məlumat toplayacaqlar. Uğurumuzu əsl gürcüstanlı kimi qeyd etdik. Göz yaşlarını saxlaya bilməyən çox azarkeş gördüm. Onu da deyim ki, qitə çempionatına vəsiqə mənim məşqçilik karyeramda ən böyük uğurumdu”.


Herbert Hayner, “Bavariya”nın prezidenti (komandanın Çempionlar Liqasının 1/4 finalının cavab oyununda “Arsenal” üzərindəki minimal hesablı qələbəsinə reaksiyası):
“Bu qələbə Tomas Tuxelin ifasında taktika üzrə ustad dərsidi”.


Toni Kroos, “Real”ın yarımmüdafiəçisi:
“Real”da sonuncu mövsümümü keçirirəm? İnanın ki, hələ də bilmirəm”.


Fabio Kapello, “Real”ın sabiq baş məşqçisi:
“Karlo Ançelotti dünyanın ən yaxşı məşqçisidi. Bunu nəticələr sübut edir. O, komandasını sərəncamında olan oyunçulara görə oynadır. Karlo, Bellingem demişkən, açıq xarakterli mütxəssisdi: komandasının daim inkişaf etməsinə çalışır. Paltardəyişmə otağında da nüfuz və hörmət sahibidi”.


Uli Höness, “Bavariya”nın fəxri prezidenti:
“Naqelsmannın qərarına hörmət etməliyik. Çox təəssüf ki, o, Almaniya yığmasındakı fəaliyyətini davam etdirmək qərarına gəldi. Amma bu, “Bavariya” üçün dünyanın sonu anlamına gəlmir. Bəzi qəzetlərin mövqeyini heç cür anlaya bilmirəm. Onlar nədənsə Naqelsmannın “Bavariya”ya qayıdacağını həlledilmiş məsələ kimi qələmə verirdilər. Bəli, Yulian komandamızın baş məşqçi vəzifəsinə namizədlərdən biri idi. Amma tərəflər danışıqlar prosesinin sonunda hər cür qərar verə bilərdilər. O, milli komandada qalmağa qərar verdi”.

Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:
“Hazırda məşqçi kimi karyeramı davam etdirməyi planlaşdırmıram. Bu barədə məndən bir ildən sonra soruşa bilərsiniz, amma indi yox. Özümü heç vaxt böyük məşqçi hesab etməmişəm. Həyatımda heç vaxt belə fikirdə olmamışam. Çoxlarının məni böyük məşqçi saymasına hələ də təəccüblənirəm, amma bunu qəbul edirəm. Əsas odu ki, Liverpulun sakinləri bizim komanda ilə qazandıqlarımız uğurlardan razı qalsın. Mənə Venger və ya başqa məşqçi ilə müqayisə lazım deyil. Bu, mənim üçün heç bir əhəmiyyət daşımır. Baş daşımın üzərində “burda dünyanın ən uğurlu məşqçilərindən biri dəfn olunub” cümləsinin yazılmasını istəmirəm. İstənilən halda torpağın altında olacağam. Yox, bu, mənlik deyil. Bu dünyada olmayanda həyatı boyunca adamlara kömək edən biri kimi xatırlanmaq istəyirəm”.


Məsut Özil, “Real”ın sabiq yarımmüdafiəçisi:
“El Klasiko” getdikcə səviyyədən düşür, bu məyusedicidi. Amma buna görə “Real”ı qınamaq olmaz. Axı bu, hələ də dünyanın ən yaxşı komandalarından biridi. Problem böyük potensialını itirən “Barselona”dadı”.


Rivaldo, “Barselona”nın sabiq hücumçusu:
“Qvardiolanın yaxın gələcəkdə “Barselona”ya qayıdacağını düşünmürəm. Yeganə real şans onun vətəninə dönərək ailəsi ilə birgə doğma şəhəri barselonada yaşamaq istəməsi halında ortaya çıxa bilər. Bax, onda Pep yenidən “Barselona”nın başına keçə bilər. Hələlik isə bu, mümkün görünmür. Qvardiolanın İngiltərədəki işləri yaxşı gedir. “Barsa”ya mümkün dönüş isə həm də klubun maliyyə vəziyyətindən asılı olacaq. İndi isə bu planda işlər heç də qaydasında deyil”.


Lotar Matteus, “Bavariya”nın sabiq müdafiəçisi:
“O, əla işləyir. Onun beynəlxalq səviyyədə də böyük təcrübəsi var və kifayət qədər titul qazanıb. Unay Emeri bundesliqaya nəsə yenilik gətirə bilər. Onun “Bavariya”ya uyğun mütəxəssis olduğunu düşünürəm”.


Məsut Özil, “Real”ın sabiq yarımmüdafiəçisi:
“El Klasiko” getdikcə səviyyədən düşür, bu məyusedicidi”.
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla