AZ

Kriptovalyutalar kağız pulları əvəz edə biləcəkmi?

Tez-tez kriptovalyuta bazarında baş verə biləcək hər hansı problemin beynəlxalq böhrana yol açıb-açmayacağına dair suallar gündəmə gəlir. 

Texnologiya və internetin sürətli inkiafı bitkoinlə əməliyyatların sayını çoxaltdı.

İndi bu bazarın öz güclü oyunçuları, böyük qazananları və böyük itirənləri var.

Bəs kriptovalyutalar tamamilə kağız pulları əvəz edəcəkmi? 

Bu valyutaya yatırım edəndə nələrə diqqət edilməlidir?

Hit.az-ın sualını iqtisadçı Samirə Kazımova cavablandıraraq, bildirib ki, kriptovalyutaların hazırkı qiymətləri  çox kövrəkdir və  bazar dəyəri tam formalaşmayıb".

“Artıq 10 il ərzində dünya bazarlarında yerini formalaşdıra bilməməsi kriptovalyutalara inamı itirir. Kriptovalyuta bazarında baş verə biləcək hər hansı problemin beynəlxalq böhrana yol açacağını sanmıram.

Kriptovalyutaların bazar kapitalizasiyası isə hələlik 600 milyard dollar təşkil edir. Dünya birjalarının həcmi 80 trilyondan çoxdur. Müqayisə edəndə 600 milyard dollar böyük məbləğ sayılmır. Amma yaxın illərdə kriptovalyutaların bazar kapitalizasiyası 6-7  trilyon dollara qədər yüksəlməsi proqnozlaşdırılır. Hələlik kağız pulları onlar əvəz edə bilməyəcək. Nağdsız hesablaşmalar bu vəzifəni öz üzərinə götürüb. ”,- deyə o bildirib.

“Hələ ciddi investor bu kriptovalyutaya sərmayə qoymayıb. Sanksiyalara  məruz qalan iş adamları və dövlətlər bu üsula əl atırlar. Şəxsi qazanc məqsədi daşıyan kiçik yatırımçılar isə  çevik olmalıdırlar. 

"Kiçik məbləğlərlə yatırım edib oyunlara qoşulmaq, itirməmək üçün vaxtında qərar verib, pulu geri götürmək lazımdır”,- deyə o əlavə edib.

Murad

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla