AZ

Rusların hücum etmək istədiyi iki xəstəxana təcili boşaldılır

Rusların

Rus ordusunun Kiyevdəki iki xəstəxanaya hücum planlaşdırdığını əks etdirən video paylaşılıb.

Reyting.az
Kiyev Şəhər Dövlət Administrasiyasının Teleqram kanalına istinadla xəbər verir ki, biri uşaq xəstəxanası olmaqla, adıçəkilən iki xəstəxana təcili boşaldılır.

“Çünki internet mediasında düşmənin bu tibb müəssisələrinə hücumu elan olunub və guya bu xəstəxanalarda hərbçilərin olduğu barədə video yayılır”, - Kiyev Şəhər Dövlət Administrasiyası bildirib.

Qeyd olunur ki, bu, Kiyevin sosial infrastrukturuna hücum üçün rusların tamamilə yalan və təxribat xarakterli məlumatıdır.

“Xəstə uşaqları, onların valideynlərini və tibb işçilərini qorumaq üçün paytaxt rəhbərliyi hazırda xəstələrin və həkimlərin paytaxtın digər tibb müəssisələrinə daşınması üçün əlindən gələni edir”, - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, kömək üçün Ukrayna Təhlükəsizlik Xidmətinə və Səhiyyə Nazirliyinə müraciət edilib.

ELÇİN
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla