AZ

Avroparlament anti-Azərbaycan qətnaməsinə İrəvanın mesajlarını cümlə-cümlə yazdı...

İlyas Hüseynov: “Avroparlamentin qəbul etdiyi qətnamə birbaşa Avropa Komissiyası ilə Azərbaycan arasında olan işgüzar münasibətləri pozmağa yönəlib”Bəzi Avropa təşkilatları, xüsusən də Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməyi sanki “başlıca vəzifəsi” sayır. Dünya od tutub yanır, başqa ölkələrdə insan haqları çox geniş miqyasda pozulur, Fransadakı vəziyyət bütün dünyaya məlumdur, amma Avroparlament bunu görmək istəmir. Əlinə düşən ilk fürsətdən istifadə edib Azərbaycanı qaralamaq yolunu tutur.Aprelin 25-də Avropa Parlamentinin qəbul etdiyi Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair qərəzli, qeyri-obyektiv qətnamə dediklərimizi bir daha sübut edir.Erməni mediasının geniş tirajladığı bu üzdəniraq sənəddə ölkəmizə qarşı əsassız ittihamlar irəli sürülür. Guya Azərbaycanda insan hüquqları pozulur, Avroparlament də bununla bağlı qətnamə qəbul edərək Avropa Komissiyasını Azərbaycanla enerji sahəsində əməkdaşlığı dayandırmağa çağırıb.Guya Azərbaycanda davamlı olaraq “insan hüquqları” “pozuntuları” var və  bu da ölkədə COP29 konfransına hazırlıqla bir araya sığmır.Bu qətnamədə Aİ “insan haqlarını pozan” Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırılıb.Gördüyünüz kimi, qətnamədə bu cür əsassız, qeyri-obyektiv yanaşma sərgilənib və bütün şər-böhtanlar başdan-başa erməni ağzı ilə yazılıb. İşğalçı və terrorçu Ermənistanın arxasında dayanan Avroparlamentin bu cür qarayaxma dolu qətnamə qəbul etməsi, təbii ki, gözlənilməz deyildi. Bu cızmaqaradakı “faktların” da hardan ortaya atıldığı bizə sirr deyil.“Bu, əlbəttə, qəbulolunmazdır, eyni zamanda Avropa Parlamentinin növbəti riyakarlıq nümunəsidir”Məsələyə şərh verən politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində “Avroparlamentin qəbul etdiyi qətnamə birbaşa Avropa Komissiyası ilə Azərbaycan arasında olan işgüzar münasibətləri pozmağa yönəlib və burada bir çağırış da vardı. Lakin hüquqi təsir baxımından yalnız tövsiyə xarakteri daşıyan sənəddir. Bundan əvvəl də biz Avropa Parlamenti tərəfindən oxşar qətnamələrin qəbul edildiyini görmüşük. Burada bir sıra səbəblər var. Regionda Azərbaycanın gücünü və yeni geosiyasi reallıqları qəbul etməyən güc mərkəzlərinin əlində Avropa Parlamenti bir alətə çevrilib. Eyni zamanda erməni lobbisi çox fəal surətdə Avropa Parlamaneti ilə işləyir və burada brilyant monopolisti Kaspar Karapetyan çox fəal surətdə bu işlərə rəhbərlik edir”-deyə bildirdi.İ.Hüseynovun sözlərinə görə, bütövlükdə Karapetyan Avropa Parlamenti ilə əməkdaşlığı formalaşdırıb. İ.Hüseynov qeyd etdi ki, eyni zamanda insan haqlarının pozulması müstəvisində ölkəmizə qarşı bu cür hücumlar artıq uzun müddətdir davam edir, Azərbaycanda vətəndaş cəmiyyətinin, media sektorunun ələ alınması, onlara təzyiq göstərilməsi hallarına da şahidlik edirik. “Hazırkı reallıqlarda  məhz siyasi gündəliyə nəzər salanda bu qətnamənin regiondakı reallıqları əks etdirmədiyini deyə bilərik. Yəni Azərbaycanla Ermənistan ikitərəfli dialoq vasitəsilə nəticəyə nail olur, kəndlərin Azərbaycanın nəzarətinə verilməsinə dair qərar qəbul olunur və cəmiyyətlər tərəfindən də müsbət qarşılanır, lakin bax, bu cür kənar qızışdırıcı qüvvələr regiondakı reallıqlara kölgə salmağa  çalışırlar. Bu, əlbəttə, qəbulolunmazdır, eyni zamanda Avropa Parlamentinin növbəti riyakarlıq nümunəsidir. Bu qətnaməni sülh və təhlükəsizlik, eləcə də sabitlik əleyhinə qiymətləndirmək olar, ölkəmizin beynəlxalq nüfuzunun, beynəlxalq imicinin sarsıldılması məqsədilə qəbul olunub” - deyə İ.Hüseynov əlavə etdi.İradə SARIYEVA

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla