AZ

Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkarlanıb

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində üç mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması halı aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

FOTO QALEREYA
Seçilən
30
9
Mənbələr
Şərh ()
Bağla