AZ

Hindistanın Bakıdakı Səfirliyi “Fürsət dolu iplərlə möcüzələr toxumaq” adlı ticarət tədbirində Hindistanın tekstil sənayesinin mükəmməlliyini nümayiş etdirib (FOTO)

Bakı. Trend:

24 aprel 2024-cü il tarixdə Hindistanın Bakıdakı “Fürsət doluiplərlə möcüzələr toxumaq: Hindistanın tekstil xəzinəsini kəşf et”mövzusunda ticarət tədbiri təşkil edib.

Tədbir, Hindistanın tekstil sənayesi ilə Azərbaycanın tekstilsahəsində faəliyyət göstərən aparıcı iş adamları və idxalçılarıarasında əlaqələri gücləndirmək məqsədi ilə təşkil olunmuşdur.

Hindistanın Azərbaycandakı səfiri cənab Sridharan Madhusudhanantədbir iştirakçıları qarşısında çıxış edib. O, Hindistanın tekstilsənayesinin qlobal nüfuza malik olduğunu və dünyada ona tələbinartdığını vurğulayıb, eləcə də, Hindistanın tekstil istehsalısektorunda qabaqcıl texnologiyaların və innovativ dizaynlarıntətbiq olunduğunu qeyd edib.

Bundan əlavə, Səfirliyin müşaviri, cənab Sanjay Jain beynəlxalqarenada Hindistanın tekstil sənayesinin güclü tərəfləri və rəqabətüstünlükləri, eyni zamanda onun Azərbaycan bazarı üçün aktuallığıbarədə ətraflı məlumat təqdim edib.

Dünyanın ən böyük pambıq və həsir istehsalçısı və ikinci ənböyük ipək və süni lif istehsalçısı olan Hindistan, qlobal tekstilbazarında mühüm rol oynayır. 2022-ci ildə Hindistanın tekstilixracı 44 milyard ABŞ dollarına, süni lif tekstil məhsulları isə6,8 milyard dollarına çatmışdır.

Hindistanın süni lif tekstilinin aparıcı idxalçıları arasındaABŞ, Türkiyə, BƏƏ, Banqladeş, Braziliya, Şri-Lanka, Misir,Almaniya, İtaliya və Belçika kimi ölkələr var.

Tədbirdə, istər pambıq, istərsə də sintetik hind parçalarınınüstün keyfiyyəti nümayiş olunaraq, Hindistanın bu sahədə ticarəttəkliflərinin iqtisadi səmərəlilik və texnoloji inkişaf iləxarakterizə olunması qeyd olunmuşdur.

Görüşdə, idxalçılar və Azərbaycanın əsas toxuculuqmüəssisələrinin nümayəndələri iştirak edərək Hindistanın tekstilməhsullarına böyük maraq göstəriblər. Tədbir intertaktiv sual-cavabsessiyası ilə yekunlaşıb və bu sessiya zamanı Səfirlik rəsmiləriHindistandan idxal təşəbbüsləri ilə bağlı Azərbaycan tekstilidxalçılarına və distribyutorlarına hərtərəfli dəstəkgöstərəcəklərini bir daha bəyan ediblər. Azərbaycanlı tədbiriştirakçıları Hindistan istehsalçılarından alınan toxuculuqməhsullarının keyfiyyəti ilə bağlı müsbət təcrübələrini vəməmnunluqlarını bölüşərək, bu sektorda hər iki ölkə üçün qarşılıqlıfaydalı və perspektivli artım potensialı olduğunuvurğulayıblar.

Hindistanın
Hindistanın
Hindistanın
Hindistanın
Hindistanın
Hindistanın
Hindistanın
Hindistanın
Hindistanın
Hindistanın
Hindistanın
Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla