AZ

Minsk və Pekin hərbi sahədə əməkdaşlıq edəcək

Belarus və Çin uzunmüddətli perspektiv üçün hərbi sahədə əməkdaşlıq sahələrini müəyyən ediblər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti iki ölkənin hərbi idarələrinin rəisləri Viktor Xrenin və Donq Junun Astanada ölkələrin müdafiə nazirlərinin görüşü çərçivəsində keçirilən görüşünün yekunlarına dair məlumat yayıb.

“Tərəflər hərbi sahədə əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, orta və uzunmüddətli perspektivdə əməkdaşlıq yollarını müəyyən ediblər”, - deyə məlumatda bildirilir.

Görüşdə hərtərəfli strateji tərəfdaşlıq statusuna malik Belarus-Çin ikitərəfli münasibətlərinin yüksək səviyyəsi vurğulanıb.

Belarus və Çinin müdafiə nazirləri iki ölkə arasında hərbi sahədə əməkdaşlıq üçün mühüm potensialın olduğunu qeyd ediblər.

Humay İSGƏNDƏRLİ

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla