AZ

Qarabağda keçirilən bütün tenderlər şəffafdır - Prezident/Video

Qarabağın yenidən qurulmasında keçirilən bütün tenderlər şəffafdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Qarabağda aparılan bütün yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır. Ayrılan vəsiatlə bağlı müntəzəm olaraq ictimiaətə və media nümayəndələrinə məlumat verilir. Bu yaxınlarda elan edilmiş məlumat göstərir ki, işin həcmi genişmiqyaslıdır. Bu ilin sonuna qədər müharibə başa çatandan sonra Qarbağa və Şərqi Zəngəzura 12 milyard manat vəsiat yatırılıb. Tender prosedurlarına tam əməl edilir. Sözün düzü bilmirəm Sizdə bu məlumat hardandır. Yəqin ki, Siz bunu hansısa dəqiqləşdirilməmiş mənbədən götürürsünüz. Qarabağa davamlı mediaturlar təşkil edilir. Eləcə xarici media nümayəndələri də azad olunmuş ərazilərə aparılır. Mən bilirəm ki, Azərbaycan mediası bizim fəaliyyətimizi də bəyənir",- Əliyev azərbaycanlı jurnalistin Qarabağda keçirilən tenderlərin şəffaflığı ilə bağlı suala cavab verərkən söyləyib.
 

 
Gülnar

www.anews.az
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla