AZ

Premyer Liqaya "bilet" mübarizəsi 

Azərbaycanda futbol mövsümü başa çatmaq üzrədir. Artıq Premyer Liqanın çempion bir neçə tur öncədən məlumdur.  APL-də əsas mübarizə avrokuboklar uğrunda gedir. Premyer Liqada 4 komanda avrokuboklar uğrunda mübarizə aparırsa, I Liqada eyni sayda klub çempion olma şanslarını saxlayır. Hələ də kimi çempion olacağını təxmin etmək çətindir.

Hazırda turnir cədvəlində "Qaradağ Lökbatan" başçılıq edir. Komandanın aktivində 49 xal var. Lökbatan təmsilçisi son turda MOİK-lə oyunda xal itirdi. Komanda növbəti tur "Araz Saatlı" ilə qarşılaşacaq. Bakılıların burada qələbə qazanacağı kimdəsə şübhə doğurmur. 25-ci tur isə çempionun kim olacağını müəyyənlaşdirmə yolunda vacib oyun baş tutacaq. "İmişli" "Qaradağ Lökbatan"ı qəbul edəcək. İmişli təmsilçisi hazırda 46 xalla ikinci pillədə qərarlaşıb. Adıçəkilən komandalar bu mövsüm 2 dəfə qarşılaşıblar. Birində qolsuz heç-heçə olsa da, ikinci matçda "Qaradağ Lökbatan" rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı. "İmişli"nin azarkeşləri önündə oynayacağını nəzərə alsaq, komanda maksimum nəticəni qazanmağa çalışacaq. Çətin "İmişli" səfərindən sonra komandanı "Şamaxı" ilə matç gözləyir. Hazırda "Şamaxı" 42 xalla 3-cüdür və rəqiblərindən bir oyun az keçirib. Komandanın "Difai Ağsu" ilə qarşılaşacağını nəzərə alsaq, Ramiz Məmmədovun yetirmələrinin xal itirmə ehtimalı azdır.

26-cı turda "Qaradağ Lökbatan" - "Şamaxı" matçı böyük ölçüdə çempionun adına aydınlıq gətirə bilər. Bu oyunda baş tuta biləcək mümkün heç-heçə "İmişli"nin işlərini asanlaşdıracaq. Çünki bölgə təmsilçisi həmin tur turnir cədvəlinin sonuncusu "Araz Saatlı" ilə qarşılaşacaq. Sonuncu - 27 turda isə "İmişli" MOİK-lə, "Qaradağ Lökbatan" "Mingəçevir"lə, "Şamaxı" isə "Araz Saatlı" ilə üz-üzə gələcək. Gedişat onu göstərir ki, çempionluq uğrunda mübarizə son tura qədər davam edəcək.

"Qaradağ Lökbatan"ın növbəti oyunları:

Qaradağ Lökbatan - Araz Saatlı
İmişli - Qaradağ Lökbatan
Qaradağ Lökbatan - Şamaxı
Mingəçevir - Qaradağ Lökbatan

"İmişli"nin növbəti oyunları:

Karvan - İmişli
İmişli - Qaradağ Lökbatan
Araz - Saatlı - İmişli
MOİK - İmişli

"Şamaxı"nın növbəti oyunları:

Şamaxı - Difai Ağsu
Zaqatala - Şamaxı
Şamaxı - Karvan
Qaradağ Lökbatan - Şamaxı
Şamaxı - Araz Saatlı

Məlik Məlikov
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla