AZ

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, siqaret çəkən qadınların aşağı yaş həddi 20-dir. Qadınlar arasında siqaret çəkənlər 65 yaşdan sonra daha çoxdur. Yaşı 65 və daha yuxarı olan qadınların 0,3 faizi siqaretdən istifadə edir. 


Bir siqaret çəkən qadının orta hesabla 20,2 il siqaret çəkdiyi müəyyən olunub. Siqaret çəkən qadınların 4,1 faizi hər gün 20 ədəddən çox siqaret çəkir. 


Vasif
 

Seçilən
18
2
Mənbələr
Şərh ()
Bağla