AZ

Bakıda DƏHŞƏT! - 4 aylıq körpə 4-cü mərtəbədən düşərək ÖLDÜ - VİDEO - YENİLƏNİB

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktını araşdırır.

Aprelin 26-da saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağının (09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb yerə düşərək ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

***15:58

Bakının Sabunçu rayonunda 4 aylıq körpə 4-cü mərtəbədən düşərək ölüb.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Ramanada sosial evlər adlandırılan 9 mərtəbəli binada qeydə alınıb. Binanın 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.
Fakt araşdırılır.

Hadisə yerindən görüntüləri təqdim edirik:
 

Seçilən
51
9
Mənbələr
Şərh ()
Bağla