AZ

“ABŞ İsrail ordu hissələrinə sanksiya tətbiq etməyəcək” – ABC News

ABŞ İsrail ordu hissələrinə sanksiya tətbiq etməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı “ABC News” yayıb.

Nəşr yazır ki, Vaşinqton “fələstinlilərə qarşı insan haqlarını pozan” İsrail ordu birləşmələrinə qarşı sanksiyalar tətbiq etməyəcək.

“Bayden administrasiyası İsrail ordusunun İordan çayının qərb sahilində fələstinlilərə qarşı “kobud insan haqları pozuntuları” törətdiyini müəyyən etsə də, aidiyyəti batalyonlar ABŞ-dən hərbi yardım almaq hüququna malik olacaq”, – məqalədə qeyd edilir.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-nin İsrail müdafiə qüvvələrinin “Netsax İehuda” batalyonuna qarşı sanksiyalar tətbiq edəcəyi barədə xəbərlər yayılmışdı.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla