AZ

Nazpəri Dostəliyeva: “Qardaşım efirə çıxmağa icazə vermirdi” – VİDEO 

“Uzun müddət səhnəyə çıxmırdım. Atam aşıq idi. O, sinəsindəki sazı ilə bizi, övladlarını oxudurdu. Biz də Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Qardaşlarım musiqi alətlərinin sənətkarlarıdır. Böyük qardaşım Milli Konservatoriyanın tar sinfini bitirib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətçi bildirib ki, musiqiçi ailəsində doğulsa da, qardaşı onun müğənni olmasına və efirə çıxmasına qarşı çıxıb: 

“Bu cür ailədən çıxan, həyatı da, özü də musiqi ilə alovlanan bir müğənniyə icazə vermirdilər ki, efirə çıxsın. Evdən qardaşım icazə vermirdi ki, efirə çıxım. Sonunda atamın bir əlacı oldu ki, evliliklə başımı bağladı. Ondan sonra qardaşım əl çəkdi. Amma inandırım səni ki, onda da mənə mane olurdu”. 

Dostəliyeva ifaçı oğlu Əkbərdən söz açıb. Xalq artisti bildirib ki, övladının təkidi ilə böyük səhnəyə çıxıb: 

“Ailə qurduqdan sonra həyat yoldaşım mənə toylara getməyə icazə verdi. Yalnız qadınlardan ibarət qız toylarında iştirak edirdim. “Pöhrə - 95” müsabiqəsində oğlum Əkbər də iştirak etdi. O zamanlar o yarışmada Elnur Məmmədov da iştirak edirdi. Əkbər həmin müsabiqənin qalibi oldu.

O zamanlar mən oxumurdum. Amma bu gün oğlum oxumur. O qalib olanda mən ağladım. Soruşdu ki, “Ana, niyə ağlayırsan?” Cavab verdim ki, “Bu, sevinc göz yaşlarıdır. Mənə qismət olmadı... Amma nə yaxşı ki, sənə qismət oldu və sən birincilik qazandın”. O zaman oğlum Əkbərin təkidi ilə mən səhnəyə çıxdım”. 
 


Rəşad Əliyev, Bizim.Media

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla