AZ

Şahmat: Azərbaycan çempionatının qalibləri mükafatlandırıldılar

Bu gün kişi şahmatçılar arasında təşkil olunmuş Azərbaycan çempionatının 2024-cü il mövsümünün bağlanış mərasimi keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə ilk “5-lik”də qərarlaşan şahmatçılar mükafat alıblar.

Karyerasında ilk dəfə Azərbaycan çempionu olan Aydın Süleymanlıya medal və diplom verilib. Çempion eyni zamanda 12 min manat pul mükafatı qazanıb.

Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, eləcə də AŞF-nin Birinci vitse-prezidenti Faiq Həsənov təqdim ediblər.

Qeyd edək ki, Aydın Süleymanlı finalda Məhəmməd Muradlıya qalib gəlib. 3-cü yer uğrunda görüşdə Xəzər Babazadəni məğlub edən Vüqar Rəsulov isə bürünc medala sahib çıxıb. İlk üç yerin sahibləri AŞF hesabına şəxsi Avropa çempionatında iştirak edəcəklər.

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla