AZ

Anar Quliyev Qusarda vətəndaş qəbulu keçirdi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu aprelin 26-da Qusar şəhərində keçirib.

KONKRET.az-a bu barədə Komitənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Sonra Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edən Anar Quliyev vətəndaşların əsasən torpaq münasibətləri, müxtəlif təyinatlı obyektlərin layihələndirilməsi, həmçinin şəhərsalma qanunvericiliyinin digər tələbləri və prosedurları barədə suallarını cavablandırıb.

Məsələlərin əksəriyyəti yerində həll edilərək, əlavə araşdırma tələb edən bir qismi ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Səfər çərçivəsində Komitə sədri Anar Quliyev həmçinin Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovla görüşüb.

Görüş zamanı Qusar şəhərinin Baş Planının icra vəziyyəti, şəhərin davamlı inkişafı və həyata keçirilən layihələr, habelə sakinlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı perspektivlər müzakirə edilib.

KONKRET.az

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla