AZ

Bakı limanı 2040-cı ilədək tullantıları azaltmağa çalışır

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BDTL) 15-20 il ərzindətullantıları sıfıra endirməyi planlaşdırır.

Trend xəbərverir ki, bu barədə limanın icraçı direktoru Yucin Si "Euronews"adeyib.

"Biz bu yaxında karbon izinin ölçülməsini başa çatdırmışıq. Bu,karbon dioksid tullantılarının təqribən 60 faizinin gəmilərinpayına düşdüyünə dair şübhələrimizi təsdiqlədi. Həmçinin, limanərazisindəki nəqliyyat vasitələri və avadanlığın tullantıları var.Bu tədqiqatlar tullantıların azaldılması üzrə strateji planıkonkretləşdirməyə kömək edəcək. Ola bilsin ki, təqribən 15-20 ilsonra "Net Zero", yəni sıfır tullantı səviyyəsinə çataq", - YucinSi deyib.

Onun sözlərinə görə, BDTL regionda "yaşıl" prosedurların vəkarbon emissiyasının azaldılması üçün iş proseslərinin tətbiqi iləbağlı digər limanlar üçün nümunə olmaq istəyir.

BDTL ətraf mühitin mühafizəsi üzrə addımlar qismində çirkabsularının təmizlənməsi üzrə tədbirlər həyata keçirir.

"Çirkab sularının təmizlənməsi sistemimiz fırlanan biolojikontaktor (RBC) texnologiyasından istifadə edən beş moduldanibarətdir. Hər bir modul sutkada 500 kubmetr çirkab suyunutəmizləməyə qadirdir", - Yucin Si deyib.

Qeyd edək ki, BDTL Xəzər dənizində BMT-nin profilstrukturlarından müvafiq sənədlər əldə etmiş yeganə "yaşılliman"dır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
43
2
Mənbələr
Şərh ()
Bağla