AZ

Türkan Vəlizadə ona dəstək olmuş müğənnidən danışdı

Müğənni Türkan Vəlizadə proqramlardan birində maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, o ilk dəfə toyda oxumağı müğənni Rüfət Axundovdan öyrəndiyini bildirib.

“İlk dəfə Rüfətlə məclisə düşmüşəm. O mənə nəyi necə eləməyi öyrədib. Qalan heç kimin mənə oxumaq öyrətdiyini, ona borclu olduğumu deməyə haqqı yoxdur”, - müğənni bildirib.

“Rüfəti tanıyanda hələ heç kimi tanımırdım. Heç məni də kimsə tanımırdı. Aktyor Nicat Rəhimov məni ona təqdim elədi və mən Rüfətlə işləməyə başladım”, - Türkan qeyd edib.
 

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla