AZ

Gürcüstanda dövlət şirkətlərə qiymətli kağızlar buraxmağa kömək edəcək

Dövlət Gürcüstandakı şirkətlərə qiymətli kağızlar buraxmağa kömək edəcək.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, "Gürcüstanda istehsal et" agentliyi şirkətlərə istiqraz buraxmağa kömək edəcək.

 

Fond bazarına 150 milyon lariyə (təxminən 56 milyon dollar) qədər əlavə investisiya resursları cəlb edəcək 15-ə yaxın benefisiarın dəstəklənməsi planlaşdırılır.

 

"Maraq və tələbat artıq çox yüksəkdir. Proqram hər kəs üçün nəzərdə tutulub və istənilən şirkət bizimlə əlaqə saxlaya bilər - biz onlara nəinki maddi yardım göstərəcəyik, həm də qiymətli kağızlar buraxmağa hazır olmaları üçün onlara texniki yardım göstərəcəyik", - agentliyin direktoru Mixail Xidureli bildirib.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla