AZ

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

 

“Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.

 

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib. O qeyd edib ki, ABŞ Prezidenti bununla bağlı fevral ayında qərar verib. Digər tərəfdən, artıq Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketinin imzalandığı bəllidir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ukraynanın silahlandırılmasının ikinci mərhələsi başlayıb.

 

Ekspert qeyd edib ki, göndəriləcək silahlar ilk növbədə Rusiya ordusunun arxa cəbhə logistikasının sıradan çıxarılmasına hesablanıb.

 

“Hətta növbəti aylarda Krım körpüsü vurula bilər. Həmçinin işğal olunmuş ərazilərdə dəmir və avtomobil yolları sıradan çıxarılacaq. Rusiya ordusunun hərəkətinin çətinləşdirilməsi əsas hədəfdir. Havadan müdafiə sistemi də təkmilləşdiriləcək. Rusiya üçün çətin aylar başlayır. Ukrayna ordusu Krım istiqamətində hədəfləri məhv edib, hücumları artıracaq”.

 

Müsahibimiz bildirib ki, Qərbin Ukraynaya verdiyi silahları amerikalı və alman hərbçilər idarə edir:

 

“İyunda İsveçrədə başlayacaq Ukrayna üçün sülh forumuna kimi Rusiya ordusuna ciddi zərbələr vurulması planlaşdırılır. Bundan sonra, Rusiyanın yeni ərazilər işğal etməsi çətinləşəcək. Rusiya və Ukrayna danışıqlarına gəldikdə, yaxın perspektivdə bu, mümkün deyil”.

 

Günay

Seçilən
20
50
Mənbələr
Şərh ()
Bağla