AZ

Paytaxtda qanunsuz quraşdırılan şlaqbaum götürülüb - FOTO\VİDEO

Paytaxtın Nərimanov rayonunda (“Gənclik Mall” ticarət mərkəzinin qarşısı) binanın qarşısı şlaqbaum qoyularaq zəbt olunub.

BAKU.WS-in məlumatına görə, ərazidə piyadaların keçidi üçün nəzərdə tutulan hissələr avtomobil dayanacağı kimi istifadə edilib. 

Sözügedən hal həm digər sürücülərin, həm də sakinlərin narazılığına səbəb olub.

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, artıq həmin problem həll edilib. Şlaqbaum sökülüb.

Sözügedən görüntüləri təqdim edirik:

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla