AZ

Güclü əməkdaşlıq mövcuddur

Hələ Sovetlər dönəmində Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər sovetinin birinci müavini işlədiyi dövrdə öz dərin zəkası və siyasi bacarığı ilə Azərbaycanla yanaşı ittifaqa daxil olan bütün ölkələrin inkişafında böyük töhfələr vermişdir. Cənab Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Baykal-Amur Magistralının 50 illik yubileyinə həsr olunmuş tədbirdə Rusiya Prezidentinin həmən magistralın salınmasında Ulu Öndər Heydər Əliyevin fəaliyyətini yüksək dəyərləndirmişdir. Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə həm ölkələrimiz arasında əməkdaşlıq həm də bir sıra regional məsələlər müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi qarşılıqlı fəaliyyətdən çox asılıdır.

Cənab Prezident İlham Əliyevin ölkəmizə Prezident seçildiyi ilk illərdə 2004-cü ilin əvvəlində Rusiyaya səfəri bu baxımdan əlamətdardır. Həmən dövrdən başlayan qarşılıqlı əməkdaşlıq sayəsində 2020-ci ilin 10 noyabrında Azərbaycanın şanlı qələbəsi zamanı Ermənistanın kapitulyasıya aktına qol çəkməsində Rusiya Federasiyasının rolu böyük olmuşdur. Sonradan 2022-ci ilin fevral ayının 22-də Moskvada Azərbaycan və Rusiya Prezidentləri arasında imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında" Bəyannamə xalqlarımız arasında tarixi bağlılığa, mehriban qonşuluğa, mədəni və iqtisadi əməkdaşlığa söykənmişdir.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində də güclü əməkdaşlıq mövcuddur. Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir. Azərbaycanla Rusiya arasında tarixə söykənən qarşılıqlı güclü əməkdaşlıq həm dünyada, həm də regionda gedən siyasi proseslərdə mühüm töhfələr verəcəkdir.

Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla