AZ

Azərbaycan İnvestisiya Şirkəti 2020-2022-ci illər üzrə 24 mln. manata yaxın xalis mənfəət əldə edib

Azərbaycan İnvestisiya Şirkəti 2020-2022-ci illər üzrə fəaliyyətini 23.7 milyon manat xalis mənfəətlə tamamlayıb.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Gəlirlərin strukturuna baxdıqda, şirkətin 2020-2023-cü illər ərzində gəlirlərinin 42%-i (17.5 milyon manat) investisiya yatırdığı şirkətlərdən əldə etdiyi dividend, pay satışı və təsisçi borcu üzrə hesablanmış faizin ödənişindən formalaşıb. 2023-cü ilin 31 dekabr tarixinə şirkətin ümumi investisiya portfeli 325 milyon manat, o cümlədən səhm, pay portfeli və səhmə bərabər tutulan investisiya alətləri üzrə 228 milyon manat (70%), sabit gəlirli portfeli üzrə 80 milyon manat (25%) və sərbəst vəsaitlər üzrə 17 milyon manat (5%) təşkil edir.

aic

 

Seçilən
85
50
Mənbələr
Şərh ()
Bağla